Baş nazir soğan və kələmin gömrük rüsumlarını dəyişdi

İQTİSADİYYAT 06 apr 2019, 21:50

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

 

Demokrat.Az xəbər verir ki, qərarda aşağıdakı dəyişikliklər edilib:

 

1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq - 1,0 ABŞ dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0, 0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq - 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;

 

1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq - 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq - 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq - 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.

 

1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

 

“Qeyd.

Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.

2. Bu Qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top