Ermənistan parlamentində transgender qalmaqala səbəb oldu — VİDEO

HADİSƏ 06 apr 2019, 15:40

Ermənistan parlamentində çıxış edən transgender Lilit Martirosyan komissiya sədrini şoka salıb və hiddətləndirib.


Demokrat.az "Sputnik-Ermənistan"a istinadla xəbər verir ki, insan haqlarının müdafiəsinə həsr olunmuş iclasda  "Doğru tərəf” təşkilatının nümayəndəsi kimi tribunaya transgender Lilit Martirosyan çıxaraq nitq söyləyib. 


Parlamentin insan haqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri Naira Zoqrabyan özünü zorlanmış və diskriminasiyaya məruz qalmış insanların nümunəsi kimi təqdim edən Martirosyanın transgender olduğunu öyrənəndə şoka düşüb. 


O, Lilitin sözünü yarımçıq kəsərək onun komissiyaya, insan haqları ilə bağlı müzakirəyə hörmətsizlik etdiyini bildirib. 


Lilit qarşısının alınmasını "Bu da növbəti diskriminasiya cəhdi” deyərək qiymətləndirib.


Bu sözlərindən sonra Zoqrabyan əsəbiləşərək ondan zalı tərk etməyi tələb edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top