Yeni polis rəisi generalın qardaşı oğludur — EKSKLÜZİV (FOTOLAR)

MARAQLI 06 apr 2019, 15:11

Xəbər verdiyimiz kimi, Daxili İşlər orqanlarında yeni təyinatlar olub.


Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 


Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xətai rayon Polis İdarəsinin yeni rəisi İlqar Məmmədov generalın qardaşı oğludur. 


Yeni rəisin əmisi Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovdur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top