Daha bir superulduz "Real"la razılığa gəldi

İDMAN 06 apr 2019, 13:21

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard "Real"a keçməyə yaxındır.

 

Demokrat.Az qol.az-a istinadən xəbər verir ki, artıq klublar belçikalı futbolçunun transferi ilə bağlı demək olar ki, razılıq əldə ediblər. Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.


28 yaşlı oyunçunun şəhəri tanımaq və orada özünə ev tapmaq üçün Madridə getmək istədiyi bildirilir.

 

Qeyd edək ki, "Real"ın Hazarda görə "Çelsi"yə təxminən 100 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top