Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

HADİSƏ 06 apr 2019, 12:06

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 6-dan 7-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhyə Hüseynov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

 

AAYDA-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.Az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən küçənin Xurşudbanu Natavan küçəsi ilə kəsişməyədək (300 N-li orta məktəb) olan hissəsində tətbiq ediləcək və aprelin 7-si axşam saatlarınadək qüvvədə olacaq.

 

Bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top