“Boeing” qəzaya düşmüş təyyarənin istehsalını məhdudlaşdırır

DÜNYA 06 apr 2019, 11:33

ABŞ-ın “Boeing” aviaşirkəti 737 MAX modelindən olan sərnişin təyyarələrinin istehsal həcmini aya 52-dən 42-ə salmaq niyyətindədir.

 

Bu haqda aviaşirkətin saytında qeyd olunub.

 

Müvəqqəti qərar laynerlərin tədarükünün dayandırılması ilə əlaqədardır. İstehsal artıq aprel ayının ortalarından etibarən azaldılacaq.

 

Habelə şirkət əmin edir ki, istehsal prosesinin zəifləyəcəyinə baxmayaraq, bir nəfər işçi belə işçi ixtisar olunmayacaq.

 

Qeyd edək ki, son yarım il ərzində “Boeing” 737 MAX avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

 

Xatırladaq ki, mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

 

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.(Oxu.Az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top