Konqoda Ebola virusundan ölənlərin sayı 702 nəfərə çatıb

HADİSƏ 06 apr 2019, 10:15

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 702 nəfərə çatıb.


Demokrat.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyinin “Twitter” səhifəsində bildirilir.


Nazirliyin məlumatında deyilir: “Cümə günü, 2019-cu il aprelin 5-i üçün vəziyyət: 1117 yoluxma halı, 1051-i təsdiqlənib, 66-sı isə mümkün. Virusun yayılması nəticəsində 702 nəfər həlak olub, 339 nəfər müalicə edilib, 295 şübhəli hal araşdırılır”.


Bildirilir ki, avqustun 8-dən ölkədə 95127 nəfər vaksiyasiyadan keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top