“Altes Plaza”-da yanğın — VİDEO

HADİSƏ 06 apr 2019, 09:46

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.


Demokrat.az xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.


FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.


“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.


Hadisə zamanı evdə heç kəs olmayıb.


Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top