“Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək” — Nazir

İQTİSADİYYAT 05 apr 2019, 19:58

“Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma var”. 


Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.


Onun sözlərinə görə, bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar: 


“İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir”.


Nazir deyib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək: 


“Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın gömrük dəyərinə görə spesifik idxal rüsumu tətbiq olunurdu. Kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki aya müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitoriqnlər davam etdiriləcək. İnanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top