Bakıda özəl klinikada ölüm hadisəsi

HADİSƏ 05 apr 2019, 20:57

Bakıda özəl klinikalardan birində ölüm olub. 


ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Real” hospitalda qeydə alınıb. Orada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb.


Daxil olan məlumat əsasında rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.


Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top