"Heydər Əsədov istəsə, tezliklə gəmi sürməyi də öyrənəcək" — Aydın Bəşirov

GÜNDƏM 05 apr 2019, 17:43

“Xəzər Dəniz Gəmiçiliyi İdarəsi” QSC-nin keçmiş sədri Aydın Bəşirov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsindən danışıb. 


Aydın Bəşirov Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevin bu sərəncamını alqışladığını bildirib:


"Cənab Prezidentin Heydər Əsədovla bağlı bu sərəncamı təqdir olunur. Heydər Əsədov professor adamdır. İnanıram ki, o, bu sahənin inkişafında özünü göstərəcək. Digər tərəfdən isə Heydər Əsədov savadlı maliyyəçidir. Vaxtilə maliyyə nazirinin müavini, Hesablama Palatasının sədri və kənd təsərrüfatı naziri işləyib. Onunla yaxşı münasibətlərim var. Heydər Əsəsdov çox savadlı kadrdır".


Heydər Əsədovun bu təyinatının qınanılması məsələsinə də toxunan A.Bəşirov deyib ki, hər şey insanın öz bacarığından asılıdır:


"Heydər Əsədov bacarıqlı insandır. O istəsə, tezliklə gəmi sürməyi də öyrənəcək. İndi hər şey avtomatdır. Yəni, indi gəmini idarə etmək rahatdır. Nə var gəmi idarə etməyə? Mən Heydər Əsədova yeni işində uğurlar arzu edirəm".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top