"Mənə çatası 70.000 manatı maliyyə maxinatorları mənimsəyib" — Keçmiş polisdən Prezidentə və nazirə MÜRACİƏT

HADİSƏ 05 apr 2019, 14:25

"İllər uzunu mənə çatası 70.000 manat civarında pulu maliyyə maxinatorları mənimsəyib. Bu məsələlərə birbaşa cavabdeh təşkilat Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsidir ki, qurum nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən müstəqil struktur hissəsi kimi fəaliyyət göstərir". 


Criminal.az xəbər verir ki, bu fikirlər sabiq polis əməkdaşı Ataşov Rövşən Faiq oğlunun ölkə başçısı İlham Əliyev və daxili işlər naziri Ramil Usubova müraciətində qeyd olunub.


R.Ataşov 2007-ci ildən 2018-ci ilin noyabrınadək DİN-nin Əlahiddə Çevik Polis Alayında polis nəfəri və eyni zamanda sürücü kimi işləyib. Üç aydır ki, yalnız polis nəfəri kimi təqaüdə çıxarılıb.


"Baxmayaraq ki, 11 ildə, eyni zamanda sürücü kimi də ştat üzrə işləmişəm. Nəticədə qanunda göstərildiyi kimi, sürücülərə əlavə vəzifəyə görə vəzifə maaşının 25 %-I hesablanıb ödənilməli və mənim əsas maaşıma da əlavə olunmalı idi. Amma bu baş vermədi. Çünki, əsas kitaba 11 illik sürücülük fəaliyyətim qeyd edilsə də, təqaüdə çıxdığım zaman nəzərə alınmadı"-sabiq polisin müraciətində qeyd olunur.  


R.Ataşov müraciətində vurğulayır ki, son illərdə DİN sistemindən təqaüdə çıxmış polislərin əksəriyyəti qanunvericiliyi yaxşı bilmədiyinə görə təqaüdə çıxdıqları zaman nazirliyin polis əməkdaşına verilən xidmət illərinə görə haqqın, əlavə haqqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilsə də, bu hal aşağı zabit və sıravi polis heyətində nədənsə çox vatx tətbiq olunmur:


"Nəticədə, əli və səsi heç yerə çatmayanlar dövlət qarşısında göstərdikləri qulluğa qarşı belə bir ədalətsizliklə üzləşdiklərindən çarəsiz durumda qalaraq əksəriyyəti gedib müxalifətə qoşulur, aksiyalarında iştirak edirlər. Lakin bütün bunlara baxmayaraq mən əqidəmi dəyişən deyiləm. Qanunları bilən təqaüdə çıxanların bir hissəsi isə məhkəmələrə üz tutur və haqqı olan 60-70 min manatı məhkəmə qərarı ilə ödənilməsinə nail olurlar. Halbuki, burada dövlət yox, mühüm dövlət postları tutan maliyyə idarələrinin maxinator məmurlarının qanunazidd hərəkətlərinin qarşısının alınması üçün mübarizə aparmaq lazımdır".


R.Ataşov qeyd edir ki, bir polis işçisi olaraq təqaüdə çıxdıqdan sonra üzləşdiyi qanunsuzluqlara rəğmən, eyni dərəcəli qiymətləndirilən digər güc strukturlarında işçilərinə qoyulan qiymətlə polis işçisinə qoyulan qiymətlər arasında yaranan fərqlərin nədən yarandığını araşdırıb: "Nazirlər Kabinetinin 2006-cı il tarixli, "Polis işçisinin sığorta stajının hesablanması” qaydasına əsasən


Maddə 1. Polisə nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.


1.2 Polis işçisinin ərzaq payı və ya ərza payı əvəzinə müvafiq pul kompensasiyası verilsin.


1.3. Hər il ən azı bir aylıq vəzifə maaşı həcmində maddi yardım və ən azı 1 aylıq vəzifə maaşları həcmində mükafat verilsin.Habelə, vəzifə maaşlarına 25 % dən çox olmamaqla əlavələr təyin edilsin.


5. Sürücülərə dərəcəyə görə əlavə vəzifə maaşına hesablanaraq ödənilsin: II dərəcəyə - 10 %, I dərəcəyə - 25 % olmaqla. Amma mən konkret olaraq nə gördüm: 


1.Sürücülük işim (I dərəcəli) nəzərə alınmadan tək polis nəfəri kimi təqaüdə çıxan zaman əmək haqqımın 64%-i qədər təqaüd hesablandı. Halbuki 27 il 9 ay stajla təqaüdə çıxmışam, qanunvericiliyə görə 75 % hesablanmalı idi. Yəni, 50%+ 25%.


2. 11 il ardıcıl olaraq iki vəzifəni ( həm polis nəfəri, həm də sürücü kimi) 12 saatlıq gecə növbəsində işləmişəm. Amma kitaba sadəcə 8 saatlıq adı gün kimi yazılıb. Axşam və gecə saatlarının heç bir dəqiqəsi də hesablanıb maaşımıza əlavə edilib verilməyib.


3. Polis nəfəri və sürücü kimi təqaüdə çıxan zaman əlavə olaraq pensiyama 20-40% hesablanmalı idi. Amma heçnə nəzərə alınmayıb, hesablanmayıb. Sürücü kimi də 1 qəpik maaş yazılmayıb.


4.İştirak etdiyimiz tədbirlərə görə heç bir qəpik də hesablanıb maaşımıza əlavə olunmayıb.


5. İllərlə ödədiyimiz məcburi tibbi social kartda yığılıb qalmış kapitalı təqaüdə çıxanda özümzə qaytarmadılar. Amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təqaüdə çıxdığı zaman onlara hətta nəzərdə tutulan məbləğin bir qismi – 8000 AZN həcmində ödəniib.


6. Milli Orduda, FHN-də, Rabitə sistemində, Ədliyyə Nazirliyi sistemində polislə eyni səviyyədə olan əməkdaşlara 13-cü və 14-cü əlavə maaşlar verilsə də bizdə belə bir pul mükafatı heç vaxt verilməyib.

 
7. Məzuniyyət pullarımızın hesablanıb hansı formada verilməsindən isə danışmağa dəyməz. Təkcə 1-ci dərəcəli sürücü kimi aldığım 970 AZN maaşıma qanunvericiliyə görə 25% əlavə hesablanmalı idi. Bu da bir ilə 3280manat, 11-ilə isə 33000 AZN deməkdir. Yəni tək bir epizod üzrə mənə düşən 33000 AZN pul maliyyə fırıdağı nəticəsində mənə ödənilməyib. Yerdə qalan gecə növbəsinə görə 11 ilin pulu hesablansa təqribən 15-20 minmanat pul edir.


Digər tərəfdən 13-cü və 14-cü maaşımıza hesablansa bud a 11-ilə təqribən 21000 manat edirdi. Hansı ki, bizə qanuni çatası pulların heç birini almamışıq.Və eyni zamanda mənim kimi digər təqüdə çıxan polislər. Yəni, bu illər uzunu mənə çatası 70000 AZN civarında pulu konkret olaraq maliyyə maxinatorları mənimsəyiblər".  


Sabiq polis hesab edir ki, qqaldırdığı məsələ aktualdır, dövlət və ictimai əhəmiyyət kəsb edir: 

 

"Odur ki, ilki olaraq Daxili İşlər Nazirindən xahişim budur ki, qoy bu təşkilat DİN-nin strukturlarında fəaliyyət göstərən maliyyə qurumlarından uzun illər apardıqları "ikili mühasibatlığın” detallarının açıqlanmasını Daxili Nəzarət İdarəsilə birlikdə araşdırsınlar ki, qanunvericilik doğrudanmı mənim timsalımda təqaüdə çıxan polislərə heç bir əlavə ödənişlər olmadan yalnız quruca 64%-in ümidinə buraxır. Prezidentimiz dövlətimizin ali qanunu sayılan Konstitusiyamızın təminatçısıdır. Cənab Prezidentə müraciət etməklə inanıram ki, bu gun mənim və məni kimi dövlətə gecə-gündüz öz həyatlarını təhlükəyə ataraq xidmət etmiş vətəndaşların hər hansı bir hüququ pozulursa, bütün güc strukturlarına birbaşa komandanlığı həyata keçirən Ali Baş Komandan cənab İlham Əliyev dərhal məsələnin aydınlaşdırılması və öz maddi maraqlarını təmin etmək müqabilində şəxsi heyəti dövlətdən incik salaraq onları "təbii müxalifətə” çevirən istənilən maliyyə maxinatoru barədə təcili surətdə qanunamüvafiq formada tədbir görülməsi barədə lazımi göstəriş verəcəkdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top