Bu cütlüyün boşanması 35 milyarda başa gəldi — Tarixi rekord (FOTOLAR)

MARAQLI 05 apr 2019, 13:31

Dünyanın ən zəngin insanı sayılan Ceff Bezosun həyat yoldaşı Makkenzi Bezosdan ayrılması ona azı 35 milyard dollara başa gəlib.

 

BBC-nin məlumatına görə, onlar bununla bağlı artıq öz aralarında razılığa gəliblər.

 

Makkenzi Bezos 25 illik həyat yoldaşının əsasını qoyduğu dünyanın aparıcı onlayn satış şirkəti olan “Amazon”da yalnız 4 faiz paya sahib olacaq. Məhkəməyə müraciəti zamanı ümumi payın azı 75 faizinə iddialı idi. 

 

Veriləcək böyük məbləğ müqabilində o, “Washington Post” və “Blue Origin” aerokosmik şirkətdəki səhmlərini ərinə ötürməyə razılaşıb.  

 

Cütlük 1993-cü ildə ailə qurub. Onların üç övladı və Çində övladlığa götürdükləri qızı var. Yanvar ayında Bezos həyat yoldaşı ilə yollarını ayırdığını elan etmişdi.

 

Qeyd edək ki, bununla cütlük dünyanın ən bahalı boşanması ilə tarixə düşüb. Bundan əvvəlki rekord sənət əsərləri dəllalı Alek Uildşteynin həyat yoldaşı Cakelindən ayrılması zamanı qeydə alınmışdı (3,8 milyard dollar - red).

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top