XİN rəhbərliyi Cocuq Mərcanlıda — FOTO

GÜNDƏM 04 apr 2019, 23:57

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.


Demokrat.az xəbər verir ki, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Müdafiə Nazirliyinim N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olan səfərdə Xarici İşlər Nazirliyinin nazir müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.


Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə qarşısında əklil qoyulmuş, Cəbrayıl rayonu icra hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilmiş, Cocuq Mərcanlı məscidinə baş çəkilmişdir. 


Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. 


Həmçinin, Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.


 Ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan diplomatları tərəfindən hər zaman dəstəklənir və ölkəmizin maraqlarının beynəlxalq müstəvidə daima layiqincə qorunması istiqamətində davamlı addımlar atılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top