“Prezidentin fərmanı mühüm “yol xəritəsi”dir” — Nazir

GÜNDƏM 04 apr 2019, 22:59

“Prezidentin fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi”dir”.


Demokrat.az-ın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin aprelin 4-də keçirilən kollegiya iclasında deyib.


Nazir bildirib ki, fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. 


Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm “yol xəritəsi”dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top