Zakir Həsənov: "Hücum başlayanda Lələtəpədə idim"

GÜNDƏM 04 apr 2019, 17:35

"Aprel döyüşləri zamanı hücum başlayanda mən Lələtəpə istiqamətində idim".


Oxu.Az-ın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib.


Müdafiə naziri bildirib ki, komanda məntəqəsi həmin istiqamətdə yerləşirmiş.


“Döyüşü oradan idarə edirdim. Sonra yerimi Talış istiqamətinə dəyişdim. Yolda gördüm ki, bütün şəhərlərdən və rayonlardan cavanlar Vətən uğrunda döyüşməyə gəliblər. Biz onlara müraciət etdik. Dedik ki, ehtiyac yoxdur, lazım olsa, biz sizə deyəcəyik”.


Zakir Həsənovun sözlərinə görə, Ermənistan ordusu ilə Azərbaycan ordusunun yalnız 20 faizi döyüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top