"Azərbaycan və Rusiya birgə layihələrin reallaşdırılmasında maraqlıdır" — Səməd Qurbanov

İQTİSADİYYAT 04 apr 2019, 19:57

Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük diqqət ayrılması, bir sıra uğurlu layihələr həyata keçirilməsi sevindirici haldır.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Bakıda keçirilən "Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası" tədbirində deyib.


Onun sözlərinə görə, birgə biznes layihələrin reallaşdırılması hər iki ölkənin işgüzar dairələri arasında münasibətlərin dərinləşməsinə xidmət edir:


Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyətindən danışan S.Qurbanov qeyd edib ki, qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri forumlar, konfranslar və seminarlar vasitəsilə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsinə kömək göstərməkdir:


“İşgüzar missiyanın həm Azərbaycan, həm də Rusiya tərəfindən bu qədər iştirakçı toplaması birgə layihələrin reallaşdırılmasına və səmərəli əməkdaşlığa olan marağı nümayiş etdirir”.


O vurğulayıb ki, maşınqayırma və rəqəmsal texnologiya kimi sahələr Azərbaycan üçün aktualdır və bu istiqamətdə rusiyalı tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün böyük potensial var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top