Nazirlik "Diqlas" yanğını ilə əlaqədar ticarət mərkəzlərinə bildiriş göndərdi

HADİSƏ 04 apr 2019, 18:59

Yaxın vaxtlarda ticarət mərkəzlərində yoxlamalar aparılacaq.


Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Ağayev deyib.


Xatırladaq ki, "Diqlas"  Ticarət Mərkəzində baş verən yanğınla bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev bütün ticarət mərkəzlərində təftişlər aparılması və bu obyektlərdə təhlükəsizlik məsələlərinin hansı vəziyyətdə olmasının araşdırılması ilə bağlı tapşırıq verib.


S. Ağayev bildirib ki, hazırda əsas diqqət “Diqlas”a yönəldilib: 


“Bu sahədə işlər görülür. Orada komissiyanın verdiyi qərara əsasən yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür. Prezidentin tapşırığı ilə də bağlı artıq təşkilati tədbirlər görülüb və yaxın vaxtlarda ticarət mərkəzlərində qanunvericiliyə uyğun olaraq yoxlamalar aparılacaq. Bu bizim üçün ən başlıca prioritetdir”.


Məsələ ilə bağlı bir neçə ticarət mərkəziylə əlaqə saxlamaq istəsək də, alış-veriş mərkəzləri zənglərimizə cavab vermədilər. Sadəcə "Metropark Shopping Mall” dan  münasibət öyrənə bildik. Ticarət mərkəzindən saytımıza verilən məlumata görə, FHN-dən təftişin aparılması üçün bildiriş alıblar: “Fövqəladə Hallar Nazirliyindən bizə bu haqda bildiriş gəlib, 3 gün sonra ticarət mərkəzində yoxlanış keçiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top