Bakıda məktəbdə dəhşət — Şagird özünü 3-cü mərtəbədən atdı (YENİLƏNİB)

HADİSƏ 04 apr 2019, 17:08

162 nömrəli tam orta məktəbdən bildirilib ki, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb.


İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. 


Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. 


Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır".


*** 13:22


Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.


Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.


Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.


Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top