Atası azərbaycanlı olan erməni general istefa verdi

HADİSƏ 04 apr 2019, 15:48

Dağlıq Qarabağdakı seperatçı rejimin "Müdafiə nazirinin müavini", general-mayor Samvel Karapetyan istefa verib.


Demokrat.az Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Samvel Karapetyanın özü verib.


Məlumat üçün bildirək ki, Samvel Karapetyan Qarabağın işğalında iştirak edən əsas şəxslərdən biri olub. 1962-ci ildə Xankəndində anadan olan Karapetyan 1988-ci ildən Qarabağda baş qaldıran seperatçı hərəkatın fəal üzvlərindən olub.


1992-1994-cü illərdə Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli və digər rayonlarının işğalında yaxından iştirak edib. Azərbaycan ordusu Horadiz qəsəbəsini işğaldan azad edən zaman ağır yaralansa da, sağ qalmağı bacarıb. 2016-cı ilin aprelində baş tutan sonuncu döyüşlərə də Karapetyanın başçılıq etdiyi bildirilir.


Məlumat üçün onu da bildirək ki, Samvel Karapetyanın atasının adı Cəmildir və mətbuatda səslənən iddialara görə əslən azərbaycanlı olub.


Onu da bildirək ki, Samvel Karapetyanın istefası Ermənistan Prezidenti Armen Sarkisyanın Qarabağa səfərilə üst-üstə düşüb.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top