Bələdiyyə sədri Vəzifəyə gələn kimi otağının qapısını sökdürdü — VİDEO

MARAQLI 04 apr 2019, 15:26

Amasiya şəhərinin bələdiyyə sədri seçilən MHP-li Mehmet Sarı yeni postunda gördüyü işlə gündəmə gəlib.


Demokrat.az-ın “Haberturk”ə istinadən verdiyi məlumata görə, siyasətçi rəhbər olduğuna dair möhürlü sənədi MSK-dan aldıqdan sonra ilk iş olaraq bələdiyyədə otağının qapısını sökdürüb.


O, bu addımını xalqa daha yaxın olmaq üçün atdığını söyləyib: 


“Seçki öncəsi vətəndaşlara “bizdə qırmızı işıq yoxdur, gözləmək yoxdur, sanksiya yoxdur” demişdik. Qohum-qardaşınızın evinə necə gəlirsinizsə, bura da elə gələcəksiniz”.(Qafqazinfo)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top