"Qorumağa məcbur olduğun namusun, adətlərin var" — Çılpaq videosu yayılan xanımlardan biri DANIŞDI

GÜNDƏM 04 apr 2019, 12:51

Bir neçə gün bundan əvvəl çılpaq videosu ilə müzakirə olunan 3 xanımdan biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Şəxsi instaqram hesabında status yazan qız qadın olmağın çətinliklərini bildirib.


Demokrat.az onun statusunu olduğu kimi təqdim edir:


''Günahdır qadın olmaq. Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var. Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var... Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn... əladı, "bomba"dı deyərlər tanımadan, bilmədən.


Soyuq olmalıdır hər zaman qadın, hisiyyatsız görünməlidir, hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, qəbahətdir... Hər kəsin yanında yerini bilməlidir.


Sevsə, pis baxarlar, gülsə, pis baxarlar, əldə edə bilsələr, adi biri olarsan, əldə edə bilmədiklərində dedi-qodu mövzuları olarsan, qaralamağa başlayarlar... Susarsan, cahildir deyərlər, susmasan, dili uzun, həyasız deyərlər.


Kişi olmaq müsbət, qadın olmaq mənfidir. Qadın hər zaman 1-0 geridədir... Bir şey bilməz, başı heç nədən çıxmaz... döyülməlidir ki, sözdən çıxmasın, qadın... Halbuki kişilərdir qadınları susmağa məcbur edən, danışmaq istədiklərində ağızlarının üstünə şillə vuran... kişilərdir namusu ətək altında qoruyan, ətək boyu ilə ölçən.


Kişilərdir bir mələyi şeytana çevirən... Qadını itirmək istəməz və onu ikinci planda tutar və digər qadına çata bilməsə, əlinin altındaki ilə idarə edər... Qadın qarışıq kimi görünər, amma istədiyi üç şey var:

Sevgi 

Sədaqət

Ailə...".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top