"İşıq və qaz limiti yaradıb əhalinin narazı salmaq düzgün deyil" — Deputat

SOSİAL 01 apr 2019, 22:57

"Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Milli Məclisdə qaz və işığa tətbiq olunan limit məsələsi ilə bağlı çıxışımızda bildirmişdik ki, 350 milyon manata görə əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil".


Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Əli Məsimli deyib. 


Onun sözlərnə görə, indi bəlkə bu rəqəm dəyişib: 


"Biz bu gün də eyni mövqedədəyik və istək olsa, həlli mümkün olmayan məsələ demək olar ki, yoxdur. Son zamanlar ölkədə həyat keçirilən sosial layihələrin sayı artıb. Güzəştlər tətbiq olunur, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində işlər görülür. Əhalinin maddi durumunun yaxşılaşması üçün təbii qaz limitini də ya ləğv etmək, ya da 20 qəpikdən aşağı salmaq olar". (modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top