Azərbaycanda kələmin də qiyməti kəskin şəkildə bahalaşdı — 3 DƏFƏ

SOSİAL 01 apr 2019, 12:49

Azərbaycanda daha bir tərəvəzin qiyməti kəskin şəkildə bahalaşıb. 


Demokrat.az xəbər verir ki, martın əvvəllərində Bakıdakı ayrı-ayrı satış yerlərində 1 kiloqramı 50-70 qəpiyə satılan kələmin qiyməti hazırda 3 dəfə baha satılır. 


Hazırda Bakıda 1 kiloqram kələmin qiyməti 1,8 manat təşkil edir. 


Mütəxəssislər kələmin qiymətinin birdən-birə bu qədər bahalaşmasını qonşu ölkələrə ixracla əlaqələndirirlər. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top