Bakı Nəqliyyat Agentliyinə yeni hüquq verildi

HADİSƏ 31 mar 2019, 23:06

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib.


Demokrat.az-ın məlumatına görə, dəyişiklik taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi ilə əlaqədardır.


Qüvvədə olan əsasnaməyə əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. 


Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilir və keçirilir.


Dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlıq Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək və keçiriləcək.


“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda da müvafiq dəyişiklik edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top