Günün rəzaləti: Soyqırım günü “Space”-də şıdırğı konsert — VİDEO

HADİSƏ 31 mar 2019, 21:55

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.


Demokrat.az bizimyol.info-ya istinadən məlumat verir ki bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, "Space” kanalı əksinə, "Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib. 


Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.


Məsələ ilə bağlı açıqlama verən "Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.


"Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top