Romada sabiq nazirin qızının adına olan dəbdəbəli oteli — FOTOLAR

SOSİAL 31 mar 2019, 14:12

Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri artıq mediaya məlumdur.


Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazı və fotolar paylaşıb.


Onun sözlərinə görə, keçmiş nazirin İtaliyanın paytaxtı Romada daha bir dəbdəbəli oteli üzə çıxıb: "Otel "Baghirova in Rome” adlanır. Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır". 


Jurnalist bildirib ki, tikilinin xüsusi özəlliyi var: "Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.


PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslub hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayıb”. 


İddialarla bağlı keçmiş nazin də mövqeyini dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top