"Bu ailələrin sosial vəziyyəti Mehriban Əliyevanın daima nəzarətindədir” — Deputat

SOSİAL 31 mar 2019, 10:05

“Azərbaycanın I vitse-prezident Mehriban xanım Əliyeva müharibə veteranlarına, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşıb. Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi keçirdiyi ilk iclası qaçqın və məcburi köçkünlər, ikinci görüşü isə aprel döyüşlərində yaralanmış hərbçilərlə bağlı olması təsadüfi deyil. Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın Birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub”.


Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova deyib.


Deputat bildirib ki, dünən Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə 2016-cı ilin aprel döyüşlərində həlak olmuş, şəhid zabit polkovnik-leytinant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.


“Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məsələyə tez bir zamanda müdaxilə edib belə bir təşəbbüs göstərməsi bir daha sübut edir ki, Azərbaycanda şəhid ailələrinə diqqət və qayğı ən yüksək səviyyədədir. Bu ailələrin sosial vəziyyəti I vitse-prezidentin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın daima nəzarətindədir”.

 

Image result for dilarə cəbrayılova


D.Cəbrayılova qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinə olan bu qayğı bir daha sübut edir ki, onlar unudulmur, ailələrinə yüksək diqqət göstərilir. 


“Bu həm də o deməkdir ki, dövlətimizin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar dayanır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top