“Vyana görüşü səmərəli olub” — Fransalı həmsədr

SİYASƏT 29 mar 2019, 22:16

"ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib”.


Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
 

"Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, - deyə fransalı həmsədr qeyd edib.

 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. 


Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib. 


Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top