Şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verildi

SOSİAL 29 mar 2019, 21:59

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilib.


Demokrat.az-ın məlumatına görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Qanun layihəsinə edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.


Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top