"Ermənistan danışıqlar prosesini uzatmağa çalışır” - Politoloq

SİYASƏT 29 mar 2019, 11:52

.“Ümumiyyətlə, danışıqlar baş tutsa da, nəsə konkret bir məsələnin müzakirəsinə ümid bəsləmirəm”

 

Demokrat.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla bu gün Vyanada baş tutacaq görüşünə münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Ermənistan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatmağa çalışır.

 

“Görüşdə torpaqların azad olunması üçün müzakirələrin aparılacağını düşünmürəm, çünki N.Paşinyanın verdiyi bəyanatlar onu göstərir ki, o, hələ münaqişə ətrafında polemika açmaq istəyir. Bununla da müzakirələrin formatını yenidən gündəmə gətirmək istəyir. N.Paşinyan çalışır ki, Qondarma Dağlıq Qarabağ Respublikasını formatın bir tərəfi kimi qəbul etdirsin. Ümumiyyətlə, danışıqlar baş tutsa da, nəsə konkret bir məsələnin müzakirəsinə ümid bəsləmirəm. Ermənilər açıq-aşkar provakasiya yolunu tutublar və bu məsələdə də onlara məsləhətçi kimdir demək çox çətindir. Yalnız onu demək mümkündür ki, görüş öncəsi Ermənistanın xarici işlər naziri Moskvaya getdi və təbii ki, onlarla müəyyən təlimatları razılaşdırdı”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top