AFFA Litva ilə yoxlama oyununa görə hər futbolçuya 5000 manat pul mükafatı verib

İDMAN 28 mar 2019, 13:18

AFFA “Avro-2020”nin Xorvatiya ilə seçmə mərhələ (1:2) və Litva ilə yoldaşlıq oyunlarına (0:0) görə milli üzvlərinə mükafat verilməsi ilə bağlı xəbərə münasibət bildirib.

 

Demokrat.Az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında futbolçuların mükafatlandırıldığını təsdiqləyib. Ancaq o, mükafatın xorvatlara məğlubiyyətə yox, litvalılarla Bakıdakı heç-heçəyə görə verildiyini söyləyib:

 

"Mükafatın məbləği ilə bağlı isə heç nə deyə bilmərəm. Bunu futbolçuların özləri ilə dəqiqləşdirin. Amma onu da nəzərə alın ki, AFFA milli komandanın futbolçularına maaş vermir. Yalnız nəticə olanda onlar mükafatlandırılırlar".

 

Qeyd edək ki, Qol.az saytı daha əvvəl AFFA-nın son iki oyuna görə millinin hər bir üzvünə 5000 manat (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün) pul mükafatı verməsi ilə bağlı məlumat yayıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top