Bakıda qadın onu pul qazanmağa məcbur edən ərini öldürdü

KRİMİNAL 28 mar 2019, 11:35

Bakıda ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Demokrat.az xəbər verir ki,onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Azad Məcidovun icraatına verilib.


Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evində bıçaqlanıb. Bədənin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Rövşən Musayev xəstəxanada dünyasını dəyişib.


Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində mərhumun həyat yoldaşı Vüsalə Orucova tərəfindən törətdildiyi məlum olub. O şübhəli şəxs qismində saxlanlıb.


İstintaqa ifadə verən Vüsalə Orucova törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Sonuncu mübahisə isə qətllə nəticələnib.("Ölkə.Az")

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top