İsrail Hələbi bombaladı — VİDEO

DÜNYA 28 mar 2019, 08:33

Suriyanın hava hücumundan müdafiə (HHM) qüvvələri İsrailin Hələb əyalətinin cənub-şərqinə endirdiyi hava zərbələrini dəf edib. Buraxılan bir neçə raket Şeyc-Nəcər sənaye zonasındakı obyektlərə tuş gəlib.


Demokrat.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.


Nəşrin məlumatına görə, İsrail ordusu hava hücumunu yerli vaxtla 23:00-da (Bakı vaxtı ilə 01:00) həyata keçirib. Heç kimin yaralanmadığı, yalnız sənaye zonasındakı obyektlərə maddi ziyanın dəydiyi bildirilir.


Bununla belə, suriyalı üsyançılar hava zərbələrinin, eyni zamanda, Hələb aeroportu və yaxınlıqda yerləşən Cibrin kəndinə endirildiyini bildirib. Hava hücumundan sonra bütün Hələbdə elektrik təchizatı dayandırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top