Bakıda qırğın törədən SSRİ Müdafiə nazirinə 10 il həbs verildi

DÜNYA 27 mar 2019, 17:37

Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

TASS xəbər verir ki, Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.

 

Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.

 

Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top