“İrşad Electronics”ə qarşı dələduzluq ittihamı: “Rəhbərindən tutmuş ustasına qədər…”

SOSİAL 27 mar 2019, 13:55

Ölkəmizdə elektrotexnika avadanlıqlarının satışı ilə məşğul olan "İrşad Electronics”-in fəaliyyəti ilə bağlı zaman-zaman müştərilər öz iradlarını bildirib.

 

Belə ki,"İrşad Electronics”də müştərilərin aldadılması son zamanlar adi hal alıb. Necə deyərlər, müştərilərin aldadılması artıq "İrşad Electronics”in biznes meyarına çevrilib. Təsadüfi deyil ki, şirkətin yarıtmaz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə də narazılıq səsləri ucalmaqdadır.


Tanınmış jurnalist Natiq Muxtarlı "İrşad Electronics” şirkətinin müştəriləri necə aldatması ilə bağlı ststus yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:


"Deməli, "İrşad Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək. Bayram günlərində əsəblərim "İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”. (Sfera.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top