Yanğını söndürən mülki geyimli şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 26 mar 2019, 18:57

Bu gün bəzi sosial şəbəkə səhifələrində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.


Demokrat.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günleri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.


FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top