"Gürcüstan NATO-ya qoşulacaq və Rusiya heç nə edə bilməz" — Baş katib Tbilisidən Putinə MEYDAN OXUDU

SİYASƏT 26 mar 2019, 17:12

Tbilisiyə səfərinin gedişində NATO-nun baş ktibi Jens Stoltenberg bir daha bəyan edib ki, Kremlin qəti şəkildə əleyhinə olmasına baxmayaraq Gürcüstan son nəticədə şimal alyansına qoşulacaq.


Demokrat.az xəbər verir ki, Stoltenberg Gürcüstan paytaxtına martın 25-də gəlib və burada rəsmilərlə görüşlər keçirməyi, NATO-Gürcüstan hərbi təlimlərində iştirak etməyi planlaşdırır.


Gürcüstanın baş naziri Mamuka Bakhtadze ilə birgə keçirilən mətbiat konfransında Stoltenberg deyib ki, NATO-nun 29 üzvü “Gürcüstanın NATO üzvü olacağına dair aydın bəyanat verib”. 


O bildirib ki, heç bir ölkənin NATO-nun açıq qapılar siyasətinə qarışmaq səlahiyyəti yoxdur:


"Biz Gürcüstanı NATO üzvlüyünə hazırlamaq məqsədilə birgə işləyəcəyik. Mən Rusiyanın və ya hər hansı başqa ölkənin bizim üzvlərimizin əvəzinə qərar qəbul etməsini qeyri-məqbul sayıram”.


Bakhtadze deyib ki, “NATO üzvlüyü Gürcüstan xalqının seçimidir”.


NATO-nun 2008-ci ildə Buxarest sammitində alyans liderləri Gürcüstan və Ukraynanın gələcəkdə bloka üzv olmasına razılaşıblar. O vaxtdan hər toplantıda iki ölkənin üzvlük perspektivi təsdiqlənir, di gəl, konkret tarix qoyulmur.


Stoltenberg-in prezident Salome Zurabishvili ilə də görüşəcəyi gözlənilir.

 

Gürcüstanın baş naziri Mamuka Bakhtadze (solda) və NATO-nun baş katibi Jens Stoltenberg Krtsanisi Milli Təlim Mərkəzində


NATO rəhbəri habelə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bildirib.


Krtsanisi Milli Təlim Mərkəzində keçirilən 12 günlük birgə manevrlərdə NATO-nun üzvü və partnyoru olan 24 ölkə iştirak edir.


NATO-Gürcüstan 2019 adını daşıyan təlimlər martın 29-da başa çatacaq.(Azadlıq radiosu)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top