Tramp Qolan təpələrini İsrailin ərazisi olaraq tanıdı

SİYASƏT 26 mar 2019, 12:39

ABŞ prezidenti Donald Tramp martın 25-də  İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına dair sənəd imzalayıb. 


Demokrat.az xəbər verir ki, ABŞ lideri sənədə Binyamin Netanyahu ilə görüşdə imza atıb. 


O bildirib ki, bu hadisə 10 illiklər əvvəl baş verməli idi.


ABŞ-da səfərdə olan İsrail baş naziri isə bildirib ki, Vaşinqtonun İsrailin Qoland təpələri üzərindəki suverenliyini tanıması tarixi hadisədir.


Tramp bununla bağlı sərəncam verəcək-deyə qeyd olunur.


Qeyd edək ki, Qolan təpələri Suriya ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top