"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir" — Kəmaləddin Heydərov

GÜNDƏM 26 mar 2019, 10:45

"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır".


Demokrat.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.


K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: 


“Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".


Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top