Pompeo Azərbaycan xalqını təbrik etdi

SİYASƏT 26 mar 2019, 09:27

ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.


Demokrat.az xəbər verir ki, təbrik mətni ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunub.


Pompeo Azərbaycan sakinləri ilə yanaşı İran, Əfqanıstan, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan ərazisində bu bayramı qeyd edən digər millətlərin nümayəndələrinə də təbrik ünvanlayıb.


“Novruz minilliklər boyu çoxlu xalqların və cəmiyyətlərin mədəniyyət və irsinin mühüm elementi olub. Novruz qohum və dostları bir araya gətirərək, onlara keçmişi düşünmək və gələcək haqqında xəyal etmək üçün bir əsas verir. Bu, sevdiyiniz insanlarla ünsiyyət zamanıdır, istər onlar yaxın olsun, istərsə də uzaq”, – deyə Pompeo bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top