“İlham Əliyevə “çox sağ ol” demək lazımdır” — Meydan TV-nin rəhbəri

GÜNDƏM 25 mar 2019, 22:12

“Mən İlham Əliyevə yazdığım təbrikdən sonra bu reaksiyanın olacağını gözləyirdim və təəccübllənmədim. Çox gözəl bilirdim ki, nə edirəm. Mənə müxalifətdən çoxlu hücumlar oldu. Qarşı tərəfdən isə məni anlayan, dəstəkləyən insanlar oldu.  Bunun anlamayanları da normal qarşılayıram”.


Demokrat.az xəbər verir ki, bunu Meydan TV-nin rəhbəri Emin Milli BBC-yə müsahibəsində bildirib. 


O, qeyd edib ki, ona görə bunun olacağını gözləyirmiş ki, bu günə qədər İlham Əliyevə təbrik deyən insanlar həqiqətən də satılıblar, hansısa təmənna güdüblər, pul və vəzifə istəyiblər:


“Amma mənim pul və vəzifə arzum olsaydı, bu mənə çoxdan, hələ Azərbaycanda olanda təklif edilirdi, o zaman qəbul edərdim. O insanlar ki, mənə qarşı bu ittihamları irəli sürürlər, onlar görünür məni tanımırlar. Niyyətin səmimi idi ki, İlham Əliyev son həftələr ərzində 3-4 müsbət addım atıbsa, hesab edirəm ki, buna görə ona “çox sağ ol” demək lazımdır. Bu addımlar davam etməlidir, bütün siyasi məhbuslar azad olunmalıdır. Mən İlham Əliyevə səmimi olaraq demək istəyirəm ki, bu məsələlər yalnız fərmanlarla həll olunmayacaq. Bu islahatları biz görsək bir çox problem həll oluna bilər. Hesab edirəm ki, ilk növbədə iqtisadi azadlıqlar olmalıdır. Monopoliya ləğv edilməlidir, gömrükdə, vergidə olan korrupsiya yığışdırılmalıdır. Bu olsa, xalqın xeyrinə olacaq”.(“Yeni Sabah”) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top