Afət Fərmanqızı xalq artistlərini TƏHQİR ETDİ: "Qələt edirsiz, məni tənqid etdiyiniz yerdə!" ( FOTO)

ŞOU-BİZNES 25 mar 2019, 15:04

"Qələt edirsiz, məni tənqid edirsiz!"  

 

Demokrat.Az  BAKU.WS -ə istinadən xəbər verir ki, bu sözləri Afət Fərmanqızı onun "Pəncu-şeş" mahnısını tənqid edən xalq artistləri Flora Kərimova və Rasim Balayevə ünvanlayıb. 

 

Dahi Nəsiminin "Sığmazam" qəzəlini hind ritminin üstündə ifa edən müğənni mahnısına görə onu tənqid edənləri məhkəməyə verəcəyini deyir: 

 

Fərmanqızı "İnstagram"da paylaşım edərək, F.Kərimovanın tənqidinə təhqirlə cavab verib: 

 

"Bu rəhmətliyi xınaya aparmaq istəyirdim, deyəsən getmək istəmir. Boş-bekar qalıb, hamıya söz atır. Mən olmasaydım, bu kimə söz atıb gündəmə gələcəkdi. Bədbəxt də, ağılsız da sənsən ki, reytinq toplamaq üçün səni efirə çağırıb "tırkalayıb" danışdırırlar". 

 

Fərmanqızı onu tənqid edən digər xalq artisti Rasim Balayevi də cavabsız qoymayıb: 

 

"Hələ bir xalq artisti var, aktyordur. Özünü elə aparır ki, elə bil Nəsimidir. O vaxt məni təhqir edəndə hörmət etdim, cavab vermədim. Başım toylardan açılsın, onun da payını verəcəm". 

 

İfaçı daha sonra xalq artistləri Flora Kərimovaya və Rasim Balayevə "qələt edirsiz, məni tənqid edirsiz!" deyib və hər iki sənətkarı onu tənqid etdiyi üçün məhkəməyə verəcəyini bəyan edib: 

 

"Bunları məhkəməyə verirəm. Rəhmətliyin (red: F.Kərimovanı nəzərdə tutur) həddini bildirdim. Qələt edirsiz, məni tənqid edirsiz! Ümumiyyətlə, bu kimdir axı, hamıya sataşır?! Oxumuşam, zor eləmişəm! Yenə də oxuyacam! Bunun yiyəsi, oğlu-qızı yoxdur ki, başa salsın ki, sən kimsən ki, qadağa qoyursan". 

 

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi: "Kim millətinə, xalqına "əcəb edirəm" deyirsə, onların acığına nəsə edirsə, sonra da xalqdan qazandığı pulları camaata göstərib acıq verirsə... Qızım, ayıbdır! Qadının mənliyi olmalıdır. Ay bədbəxt, ay ağılsız, kimə acıq verirsən? 

 

Əllərində pul və mikrafon oxuyur. Sən bir bax gör, o pulu nəyinə, nə etdiyinə, hansı xüsusiyyətinə görə verirlər? Sən niyə Azərbaycan musiqisini o günə salırsan? "Əcəb eləyirəm" deyən sənə və sənin oğluna nə hörmət ola bilər? Vaxtında bir insan, vətəndaş kimi bu bağıra-bağıra başa salaraq durmuşdum. 

 

Dediklərim indi öz yerini alır. Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”. 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top