NATO-nun baş katibi Gürcüstana gəldi

SİYASƏT 24 mar 2019, 23:58

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana gedib.


“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında Y.Stoltenberqi Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.


Baş katib sabah Gürcüstanın baş naziri Mamuka Baxtadze, prezident Salome Zurabişvili və parlament sədri İrakli Kobaxidze ilə görüş keçirəcək.


Y.Stoltenberq Gürcüstana səfəri çərçivəsində NATO – Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top