Qubada at oğrularına hökm oxundu

KRİMİNAL 23 mar 2019, 17:34

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Amil Əmirov və Asif Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


"Ölkə.Az” xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

İttiham aktına əsasən, A.Əmirov tanışı A.Vəliyevlə birgə ötən il mayın 1-də saat 5 radələrində Quba rayonu, Səbətlər kəndində Əmirxan Əmirova məxsus tövlədən qiyməti 1500 manat dəyərində bir baş inək aparıb.

 

Hər iki şəxs üç gün sonra Quba rayonu, İkinci Nügədi kəndində Fərhad İsmayılova məxsus tövlədən 300 manat dəyərində atı, mayın 6-da Məcid Hacıyevə məxsus tövlədən bir başı 110 manat dəyərində olan yeddi baş quzunu, bir başı 160 manat dəyərində olan səkkiz baş qoyunu oğurlayıb.


Onlar Quba Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

 

Xatırladaq ki, A.Əmirov daha əvvəl eyni əmələ görə məhkumluq həyatı yaşayıb. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top