"Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb" — DEPUTAT

GÜNDƏM 23 mar 2019, 14:56

“Əli İnsanovun səsləndirdiyi fikirlər Azərbaycanda sabitliyi pozmağa doğru yönəlik, məkrli planlara xidmət edən bəyanatdır. Ancaq bu insanlar hələ də anlamaq istəmirlər ki, artıq xalq belə pafoslu bəyanatları qəbul etmir. Xalq bu şəxslərin artıq kim olduğunu və hansı məqsədlərə xidmət etdiyini yaxşı bildiyindən, onlara əhəmmiyyət vermir”.

.,
Demokrat.Az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında  deputat Gündüz Osmanov deyib.

 

 Onun sözlərinə görə, xalq əslində Əli İnsanovun bu ahıl yaşında ölkə başçısının göstərdiyi humanist addıma görə ona təşəkkür edəcəyini gözləyirdi.
 “Ancaq Əli İnsanov xalqı bir xəyal qırıqlığına uğratdı. Xalq bir daha bu insanın cəmiyyət üçün deyil, bir daha öz şəxsi maraqlarını əsas götürərək  xalqın adından  sui-istifadə halının şahidi oldu”,- G.Osmanov qeyd edib.

“Xalq Əli İnsanov kimi insanlara  çoxdan yox deyib və onları tarixin arxivinə atıb”

Deputat əlavə edib ki,  ölkə başçısı İlham Əliyev əfv  sərəncamı imzalayaraq siyasi düşüncə və əqidəsindən asılı olmayaraq  cinayət əməlinə görə həbs edilmiş insanalır əfv etməklə Azərbaycanın dünyada   demokratik  dəyərlərə  sadiqliyini sübut etdi:

 

 “Ölkə başçısı  bununla yürütdüyü siyasətlə  demokratik dəyərlərə, insan və hüquq azadlıqlarına sadiqliyini, həmçinin bu siyasəti yürüdərkən insanlıq  və humanizmi meyar kimi götürdüyünü  nümayiş etdirmış oldu.  Azərbaycan müstəqil və demokratik ölkə olduğundan siyasətini də müstəqil yürüdür. Ona görə də  nə hər hansı ölkə, nə də beynəlxalq təşkilat Azərbaycana təzyiq edib, kimlərinsə azad olunmasına nail ola bilməz. Əgər beləydisə, o zaman Əli İnsanov niyə bu gün əfv olunurdu? Niyə 13 il həbsdə qalırdı? Azərbaycan belə təzyiqlərdən çəkinsəydi, o zaman  onu həbs etməzdi. Əgər bu baş verməyibsə deməli, deyilənlər Azərbaycan dövlətinə qarşı atılan iftiradır. Yəni bu insanlar öz ənənlərinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, görülən  və atılan nəcib əməllərə kölgə salmağa çalışırlar.


Bu insanlar  atılan nəcib addımlardan, Azərbaycandakı mövcud demokratik dəyərlərdən öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə cəhd edirlər . Əli İnsanov da bu qəbildən olan insanlardan biridir. Lakin o, unudur ki, Azərbaycan xalqı 15 il bundan öncəki xalq deyil. Xalq belə insanlara  çoxdan yox deyib və onları tarixin arxivinə atıb”.
Deputat bildirib ki, belə bəyantlarla uzun illər ərzində hakimiyyətlə xalq arasında yaranmış birliyi poza bilməz: 

 

“Artıq xalq kimin kim olduğunu yaxşı bilir. Əli İnsanov kimilər isə belə bəyantlar səsləndirməklə ancaq müəyyən müddət özlərini gündəmdə saxlamağa çalışır. Əslində Əli İnsanov bu fikirləri ilə öz mahiyyəti ortaya qoymuş oldu.


İnsanov onu əfv edən şəxsə deyil, Amerikaya və Azərbaycanı  sevməyən  qüvvələrə mesaj ünvanladı ki, mən sizin  burada sabitliyi pozmaq niyyətlərini həyata keçirməyə hazıram. Xalqın isə belə insanlara layiqli cavabı olacaq və yox deyəcək. Zəhmətlər hesabına qurulan sabitliyi kimsənin pozmaq cəhdlərinə, niyyətlərinə imkan  verməyəcək. Onların bu cəhdlərini gözündə qoyacaq”. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top