FED faiz dərəcələrini artırmayacaq

İQTİSADİYYAT 21 mar 2019, 23:56

ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2019-cu ildə faiz dərəcələrini artırmamaq barədə qərarını açıqlayıb. 


Demokrat.az xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin açıq bazarında əməliyyatlar üzrə Komitənin martın 20-də keçirilən iclasının son qərarına görə, faiz dərəcələri 2,25-2,5 faiz civarında qalacaq. 


Halbuki dekabrda rəhbərlik düşünürdü ki, 2019-cu ildə iki yüksəlmə, 2020-ci ildə bir yüksəlmə olacaq.


ABŞ-ın Federal Ehtiyatlar Sistemi ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirir. Bankın hər hansı qərarı birja bazarlarında qiymətlərə dərhal təsir göstərir. 

 

Federal Ehtiyatlar Sisteminin bu elanından dərhal sonra Nyu-York birjasında şirkətlərin səhmlərinin və digər qiymətli kağızların qiymətləri yüksəlib.


Qeyd edək ki, sistem 2019-2020-ci illərdə yüksəlmə proqnozunu ötən ilin dekabrında müəyyən olunmuş proqnozlarla müqayisədə azaldaraq 2,3 faizdən 2,1 faizə və 2 faizdən 1,9 faizə endirib.


Federal Ehtiyatlar Sisteminin açıq bazarında əməliyyatlar üzrə Komitənin növbəti iclası apreldə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top