Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir

GÜNDƏM 21 mar 2019, 22:30

Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.


Demokrat.az Real TV-yə istinadən bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. 


Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır.


Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top