“Cahangir Hacıyev az qala ölmüşdü” — Keçmiş məhbəs yoldaşı

GÜNDƏM 21 mar 2019, 17:44

Ömrünün uzun illərini dəbdəbəli həyat tərzində yaşayan, xüsusi imtiyazları olan şəxslərin birdən-birə həbsxana yaşayına məhkum olunması olduqca çətindir. Digər sadə insanlardan fərqli olaraq bu tipli adamlar həbsxanada qısa zamanda sağalmaz xəstəliklərə düçar olur ya da intiharlara əl atırlar.


Hələ 2005-ci ildə Fərhad Əliyevlə birgə həbs olunan İqtisadi İnkişaf Nazirliyinin yüksək vəzifəli şəxsi Əlihüseyn Şalıyev həbsinin ilk dönəmlərində damarlarını kəsərək, intihar etdi.


Həyatının uzun illərini vətəndaşlara qarşı qanunsuz əməllərə sərf edən MTN-nin Anti-Terror Mərkəzinin rəis müavini İlqar Əliyev də həbsinin ilk günlərində özünü asaraq öldürdü.


Həbxsana həyatına məhkum olunmuş məşhurlardan biri də Beynəlxalq Bankın prezidenti olmuş Cahangir Hacıyevdir.


15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev ölkənin ən zəngin insanlarından biri idi. Olduqca yüksək həyat təzi keçiridir.


Bəs görəsən, O, həbs həyatına adaptasiya ola bilibmi?


Bu suala Cahangir Hacıyevin məhbs yoldaşı sabiq vicdan məhbusu İlkin Rüstəmzadə aydınlıq gətirib. 


O, bildirib ki, Cahangir Hacıyevdə gözləmədiyi üstünlükləri kəşf edib: 


"Azərbaycan məmuru deyəndə ilk olaraq insanın ağlına korrupsioner, rüşvətxor bir obraz gəlir. Beynəlxalq Bankın səhmlərinin bir hissəsinin dövlətə məxsus olmasını nəzərə alsaq o zaman Cahangir Hacıyevi də prinsip etibarı ilə məmur sırasına aid edə bilərik. Mən o adamın belə yüksək intelektə malik olmasını təsəvvür eləmirdim. Olduqca kübar və dünyagörüşlü insan idi.


Cahangir Hacıyevlə normal münasibətimiz var idi. O, həbsxanaya gələndə ən çox nəzərətdə olan mən idim. İstəmirdilər ki, siyasi məhbuslarla ünsiyyəti olsun. Çox söhbətlərimiz olub. İndi onun haqda nəsə xoş söz demək istəmirəm, bunun ona zərəri dəyə bilər. Ancaq deyə bilərəm ki, xoş bir insandır. Açığı mən elə bir nəhəng intellektin həbsdə qalmasını arzulamıram”.


İlkin Rüstəmzadə deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanda ən dözülməz şəraiti olan müəssisələrdən sayılır: 


“Bu müəssisəyə rüşvət verib normal şəraiti olan “zonlara” gedə bilməyənlər və siyasi sifarişli şəxslər cəza üçün göndərilir. Sabiq səhiyyə naziri Əli İnsanov da cəzasını bu müəssisədə çəkib. Bundan başqa Tofiq Yaqublu, Pərviz Həşimli, Anar Məmmədli, Əbdül Əbilov, Fərəc Kərimli, Bayram Məmmədov və digər siyasi məhbuslar burada saxlanılıb. Burada şərait olduqca ağırdır. Təsəvvür edin ki, yataqxanada 160 nəfər yatır. İki mərtəbəli olan bir korpusda 350-400 nəfər var və onları üçün cəmi 2-3 sanitar-qovşaq var. Cahangir Hacıyev də bu məhbuslardan biridir. Ona qarşı müsbət mənada özəl münasibət yoxdur. Əksinə, ona qarşı çox ciddi təzyiqlər olub. Bir dəfə mənim gözlərimin qarşısında ölürdü. Təzyiqi aşağı düşmüşdü. Elə bir halda onu xəstəxanaya aparmadılar. Baxmayaraq ki, həbsxanada şəxsi maliyyəsi hesabına müəyyən işlər görmüşdü”. (gununsesi.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top