Böyük Britaniya İlham Əliyevin əfv sərəncamını alqışladı

Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözcüsü Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

Xarici İşlər Nazirliyinin sözcüsü ONA agentliyinə açıqlamasında deyib ki, bu, müsbət və təşviq edici bir addımdır, gələcəkdə də belə addımların atılmasını gözləyirlər.

Açıqlamada qeyd edilib ki, Azərbaycan insan haqları və demokratiya mövzusunda əlavə tədbirlər görməyi və özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyi nəzərdə tutur:

“Bu baxımdan Böyük Britaniya Azərbaycanla əməkdaşlığa davam edəcək”.

21 Mart 2019, 17:05   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin